Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində keçirilən İddiaçılar Turnirində ikinci yer tutduğuna görə ən azı 81500 avro qazanıb.
AzVision.az xəbər verir ki, turnirin ümumi mükafat fondu 420 min avrodur.
Şəhriyar Məmmədyarov və Sergey Karyakin 8 xal toplayaraq turnirin qalibi Fabiano Karundan 1 xal geri qalıblar. Turnirin reqlamentinə əsasən, mükafat fondunun bölünməsi nəticəsində əlavə göstəricilər nəzərə alınmır. Məbləğ sadəcə ikiyə bölünür. Reqlamentə əsasən turnirdə ikinci yeri tutan şəxsə 88 min avro, 3-cü yerə isə 75 min avro mükafat nəzərdə tutulub. Bununla da Məmmədyarov və Karyakin öz aralarında 163 min avronu bölüblər, yəni hər iki idmançı 81500 avro qazanıb. Bu məbləğə vergi tətbiq olunmur.
Bu arada turnirin qalibi 95 min avro mükafat əldə edib. Bundan əlavə turnirdə iştirak edən şahmatçılar tədbirin yayımından əldə olunan gəlirin 10%-ni də əldə edəcəklər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !