Məmura pul “atana” hökm oxundu

12:35 | 12.03.2018
Məmura pul “atana” hökm oxundu

Məmura pul “atana” hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmova hökm oxunub.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə A.Məhərrəmov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Fərqanə Babayeva və yoldaşı Ramin Babayev iş qurmaq adı ilə A.Paşayev və A.Məhərrəmova 194 min manat veriblər. A.Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM