• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Məmurlar hansı keyfiyyətlərə malik olmalıdırlar?

Məmurlar hansı keyfiyyətlərə malik olmalıdırlar?
23.01.2021 15:32
Məmurlar, səlahiyyət həvalə olunmuş şəxslər dürüst, xalqına, dövlətinə sadiq, təvazökar və peşəkar xüsusiyyətlərə malik olmalıdırlar.

Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Yüksəliş” müsabiqəsinin təşkil etdiyi vebinarda çıxışı zamanı deyib.

Prezidentin köməkçisi 2020-ci ilin Azərbaycan xalqının həyatında və tarixində müstəsna dövr olduğunu vurğulayıb. H.Hacıyev qeyd edib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli əsgər və zabitlərimizin qəhrəmanlığı ilə xalqımız Vətən savaşında tarixi zəfərini əldə etdi.

Hikmət Hacıyev kommunikasiya strategiyasının dövlət orqanları qarşısında ən vacib fəaliyyət istiqamətlərindən biri olduğunu deyib. O, həmçinin bildirib ki, vətəndaşlarla canlı ünsiyyət, vətəndaş məmnunluğunun təmin edilməsi, ictimaiyyətə məlumatların düzgün və operativ ötürülməsi dövlət qurumlarının qarşısında duran əsas vəzifələrdəndir. Prezidentin köməkçisi vurğulayıb ki, məmurlar, səlahiyyət həvalə olunmuş şəxslər dürüst, xalqına, dövlətinə sadiq, təvazökar və peşəkar xüsusiyyətlərə malik olmalıdırlar. Onlar özlərinin əmək fəaliyyətində zəhmətkeşlik, səmərəli çalışmaq və qarşıya qoyulan hədəflərin düzgün seçilməsi keyfiyyətlərini daşımalıdırlar.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Hələ danışmaq tezdir -  Əliyev İranla əlaqələr barədə
Siyasət 22:53
Hələ danışmaq tezdir - Əliyev İranla əlaqələr barədə
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Siyasət 16:38
Qırmızı Xaç Qarabağ separatçılarını ziyarət edib
Pezeşkian Bakıya gələcək
Siyasət 17:28
Pezeşkian Bakıya gələcək
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
Siyasət 14:18
Azərbaycan Prokurorluğunda yeni təyinatlar
 Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
Siyasət 13:55
Əliyev və Paşinyan BRICS+ iclası zamanı danışıblar- VIDEO
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Siyasət 14:14
ABŞ Azərbaycanı bu il sülh müqaviləsi bağlamağa çağırıb
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Siyasət 13:19
Azərbaycan İrandakı səfirini yenidən geri çağıra bilər
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Siyasət 14:23
Ermənistanın COP-29 iştirakı barədə danışmaq hələ tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol