M.Ə.Rəsulzadə barədə yeni kitab işıq üzü gördü - FOTO

09:00 | 12.05.2020
M.Ə.Rəsulzadə  barədə yeni kitab işıq üzü gördü - FOTO

M.Ə.Rəsulzadə barədə yeni kitab işıq üzü gördü - FOTO

"Jeko Print” Çap Evi tərəfindən Aydın Balayevin  "Məmməd Əmin Rəsulzadə və XX əsrin başlanğıcında Azərbaycan millət-dövlətinin yaranması” kitabı nəşr olunub. Kitabda müəllifin Londonda çıxan "Caucasus Survey” dərgisinin 2015-ci il 2-ci sayında işıq üzü görmüş və M.Ə. Rəsulzadənin XX əsrin başlanğıcında Azər­bay­can milli dövlətçiliyinin yaranmasındakı roluna həsr edilmiş məqaləsinin Azərbaycan və rus variantları orijinal mətn ilə birlikdə oxuculara təqdim olunur. 

Millətin formalaşması çoxları tərəfindən hələ də kortəbii proses kimi qəbul olunur. Əslində isə,  intellektual elitanın formalaşdırdığı milli ideologiya olmadan, mil­lə­tin təşəkkülü mümkünsüzdür. Bir qayda olaraq, millətin xəyali surət və görünüşü, eləcə də milli maraqlar konsepsiyası məhz bu məhdud çevrədə müzakirə olunaraq ortaya çıxır, daha sonra isə geniş kütlələrə ötü­rülür. Ziyalılar tərəfindən hazırlanan və milli maraqların ifadə for­ması olan millətçilik (milli ideologiya), faktiki olaraq "millət quru­cu­luğu” layihəsidir.

Təsadüfi deyil ki, Avropa millətlərinin formalaşmasında siyasətçilər, şairlər, sənət­çilər, jurnalistlər, tarixçilər və dilçilər önəmli rol oynayıblar. Məsələn, Robert Berns və Valter Skott – şotland, Hans Xristian Andersen və Bertel Torvaldsen – Danimarka, Frederik Şopen, Adam Mitskeviç və Henrik Senkeviç – polyak, Cüzeppe Madzini – italyan, Şiller, Göte və Herder – alman millətinin formalaşmasına böyük təsir göstəriblər. 

 Bu mənada, milli ideologiyamız olan azərbaycançılığın banisi   M. Ə. Rəsulzadə, XX əsrin başlanğıcında Azərbaycanda gedən millət­ləşmə proseslərində həlledici rol oynamışdır. Kitabda M.Ə. Rəsul­zadənin məhz bu istiqamətdəki fəaliyyətindən bəhs edilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM