Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır

23:52 | 22.08.2016
Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır

Mərkəzi Bank: Devalvasiya barədə şayiələr əsassızdır

Hazırda Dövlət Neft Fondu Mərkəzi Bankın təşkil etdiyi hərraclarda valyuta satışları həyata keçirir və bu satışlar davam etdiriləcək.
 
"APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından belə bildirilib.
 
"Devalvasiya ilə bağlı şayiələr əsassızdır. Belə ki, manatın məzənnəsi mövcud məzənnə rejiminə uyğun olaraq valyuta bazarında tələb və təklifdən asılı olaraq formalaşır”, - deyə məlumatda vurğulanıb.

Mərkəzi Bankdan bildirilib ki, valyuta satışı hərraclarının keçirilmədiyi günlərdə  banklararası valyuta bazarı fəaliyyət göstərir və banklar valyuta tələblərini bu bazar vasitəsilə ödəyə bilərlər.
www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM