Niyə "Bir saatlıq usta" Azərbaycanda uğur qazanmağa köklənib? - FOTO+VİDEO

13:37 | 10.05.2016
Niyə

Niyə "Bir saatlıq usta" Azərbaycanda uğur qazanmağa köklənib? - FOTO+VİDEO

 
Rüstəm Qasımov

Sizin rozetkadan çıxan naqili yerinə taxmağa və yaxud damcılayan kranın suyunu kəsməyə vaxtınız yoxdur? Evdəki su borusu xarab olanda bilmirsiniz hara müraciət edəsiz? Sizin sadəcə olaraq ən yüksək səviyyədə xidmət və keyfiyyətə qarantiya verməklə bütün işi sizin əvəzinizə görəcək bir saatlıq ustaya ehtiyacınız var? Bugünlərdə istənilən məişət problemini qısa və cəld görmək mümkündür! Bunun üçün siz "1415" qısa nömrəsinə zəng edə bilərsiniz, elə bu adla ixtisaslaşan şirkət çox geniş spektrdə bir çox xidmətləri təklif edir. 

ANN.Az portalı "1415" məişət xidmətləri Mərkəzinin direktoru Cəmil Zeynalovla müsahibəni təqdim edir. Cəmil bəy müsahibəsində şirkətin hədəf və məqsədlərindən, iş prinsipindən, planlardan danışıb. 

- Siz nəyə görə məişət xidmətləri təklif edən şirkət açmaq qərarına gəldiniz? 

- Bizim hər birimiz gündəlik həyatda vaxtlı vaxtında həlli tələb olunan məişət problemləriylə üzləşirik. Ancaq bizim hər zaman belə problemlərə həsr edəcək vaxtımız olmur. Əksər vaxt insanlar belə çətinliklər ortaya çıxan zaman qohumlarına, dostlarına, qonşularına müraciət edirlər, bu həm onların çox vaxtını alır, həm də çox zaman istənilən nəticə ortaya çıxmır. Beləliklə, istehlakçının maraqlarına ziyan dəyir. Bazarı öyrənərkən biz fərqinə vardıq ki, məişət sahəsində müəyyən xidmətləri təklif edən, keyfiyyət, operativlik və müştərinin maraqlarını təmin edəcək şirkət çatışmazlığı var.

Velosiped kəşf etməkdən saqınmaq və potensial səhvlər buraxmaqdan qaçmaq üçün biz bu sahədə ixtisaslaşan və uzun illərdir xidmət göstərən bir belorus şirkətinin təcrübəsindən faydalanmaq qərarına gəldik. İlk mərhələdə biz öz fəaliyyətimizə Bakı və Sumqayıtda başlamışıq, ancaq gələcəkdə bu işi respublika səviyyəsində görməyi planlaşdırırıq. Beləliklə, bazarda "1415" nömrəsiylə fəaliyyət göstərən yeni şirkət ortaya çıxdı. Biz istəyirik ki, əhali bu nömrəni əzbər bilsin. İstənilən məişət problemi ortaya çıxan zaman şəxlər şirkətimizə zəng etsinlər və əmin olsun ki, onların problemi operativ və keyfiyyətli şəkildə həll olunacaq. 

- "1415” şirkətinin əsas məqsədi nədir? 

- Bizim əsas məqsədimiz əhalinin çiyinlərindəki məişət problemlərini yüngülləşdirməkdi. Sifarişlər 1415 qısa nömrəsindən, həmçinin mobil tətbiqetmədən alınır. Göstərilən xidmətlərin müqabilindən məbləğin ödənilməsinə gəldikdə isə, bu müştərinin istəyindən asılı olaraq, nağd və bank kartı vasitəsilə onlayn ödənilə bilər. 

- "1415” şirkəti məhz hansı xidmətləri təklif edir? 

- Hazırki mərhələdə şirkətin məqsədi "Bir saatlıq usta” xidməti göstərməkdir. Bundan başqa, "1415” şirkət bu xidmətləri göstərir: elektrik və santexnika işləri, təmizlik xidməti, avtomobil icarəsi, mebelin təmir və restavrasiyası və s. 

- Sizin şirkətinin əsas xüsusiyyəti nədən ibarətdir? 

- Göstərilən xidmətlərdə yüksək keyfiyyət. Hər dəfə usta çağırılanda müştəriylə bu və ya digər xidmətlə bağlı müqavilə imzalanır. Belə təqdirdə göstərilən xidmətdəki yüksək keyfiyyət şirkətin öhdəliyinə düşür. Bir sözlə, "1415” şirkəti göstərilən bütün xidmətlərdə səviyyət qarantiya verir. Təmizlik və şəffaflıq şirkətimizin əsas prioritetlərindən biridir. 

- Şirkətinizə kadrlar hansı prinsiplə cəlb edilir? 

- Bizim bütün ustalarımız göstərilən xidmət sahəsində təcrübələriylə seçilirlər və gərəkli sertifikatlara sahibdirlər. Şirkət öz personalı barədə əraflı informasiyaya malikdir, o cümlədən işçilərin potensial və qabiliyyətlərinə. Bunun üçün bütün personal öz profilləri üzrə nəzəri və təcrübə sınağından keçiblər. 

- "1415” şirkətinin xidmətlərindən telefondan zəngindən başqa, hansı vasitəylə yararlanmaq olar? 

- Bu ayın sonunda biz mobil tətbiqetməni istifadəyə verməyi planlaşdırırıq, bununla müşərilər xidmətlərimizdən mobil telefonları vasitəsilə xəbər tuta biləcəklər. Tətbiqetməni açmaqla onu maraqlandıran xidmətdən uyğun zamanda və s. istifadə edə biləcəklər. 

- Zəngdən nə qədər vaxt keçdikdən sonra şirkətin əməkdaşı gəlir? 

- Bu bütünlüklə müştərinin istəyindən asılıdır, o özü üçün uyğun olan vaxtı deyir? 

- Bəs təcili situasiyalarda necə? Məsələn, tutalım ki, kiminsə su borusu partlayıb, usta bu zaman nə qədər tez özünü hadisə yerinə çatdıra bilər? 

- Təcili situasiyalar üçün bizim növbətçi ustamız var, o zəngdən sonra mümkün olduğu qədər tez özünü çatdırmağa çalışır. 

- Göstərilən məbləğdə ortalama qiymət nə qədərdir? 

- Təxmini qiymətləri söyləyəcəm. Bizdə müştərilən loyallığı sistemi mövcuddur. Qeydiyyat sayasində biz hər bir müştərimizi tanıyırıq. İlk sifarişdə "1415” şirkəti göstərilən xidmətdə 20-30% həcmində güzəşt təqdim edir. Əgər söhbət "Bir saatlıq usta” xidmətindən gedirsə, o zaman problem operativ şəkildə həll olunur və böyük zaman kəsiyi tələb olunmur, məsələn rozetkaların təmiri, çılçıraqların quraşdırılması, boruların təmizlənməsi və s. xidmətlərin həyata keçirilməsinin bir saatı 19 manatdır. Güzəştlər olanda bu rəqəm 15-16 manat olur. Növbəti saatın ilk 15 dəqiqəsi ödənişsizdir. Müəyyən sxem əsasında xüsusilə daimi müştərilər üçün hər bir iş saatında güzəşt və imtiyazlar tətbiq olunur. 

- Öz əməkşdaşlarınızda yüksək səviyyəni necə qoruyursunuz? 

- Müştərinin fikri bizim üçün çox vacibdir. Məhz buna görə müştərilərin rəylərini qeydə alırıq. Əgər sifariş mobil tətbiqetmə vasitəsilə daxil olubsa, o zaman biz ustanın qiymətləndirilməsi üçün reytinq yerləşdiririk, əgər bir səhv buraxılıbsa, müsbət tərəflər də kölgə altına düşür. Ona görə də hər bir usta müştərinin yaxşı rəyini almağa çalışır. Əgər sifariş "Call centre”dən daxil olubsa, sifariş həyata keçiriləndən sonra bizim dispetçer  müştəriyə zəng edib oun fikrini öyrənir: o xidmətdə razı qalıbmı, haq-hesab düzgün şəkildə həyata keçirilibmi və s. İş burasındadır ki, "1415” şirkətinin hər bir əməkdaşı müəyyən reqlament əsasında işləyir, o, öz işini maksimal şəkildə tez həyata keçirməli, geyim qaydasını pozmamalı, təmizliyə riayət etməlidir və s. 

- Sizcə, müştərilər niyə sizin şirkəti seçməlidirlər?

- Əgər onlar xidmətlərin tez və keyfiyyətli şəkildə görülməsini istəyirlərsə, onda "1415” bazarda ən yaxşı seçimdir. 
 





 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb