Ələsgər Məmmədli biopsiya edilməyib - Nəsimi Məmmədli

17:20 | 29.04.2024
Ələsgər Məmmədli biopsiya edilməyib - Nəsimi Məmmədli

Ələsgər Məmmədli biopsiya edilməyib - Nəsimi Məmmədli

"Toplum TV"-nin təsisçisi Ələsgər Məmmədli pentensiar xidmət tərəfindən müayinə olunsa da,  biopsiya edilməyib. Bu barədə Ələsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli anews.az-a açıqlamasında bildirib. 
 
"Ələsgər bəy hospitala aparılaraq, ətraflı müayinə olunub, qan analizi götürülüb, amma təssüf ki, narahat olduğumuz biopsiya edilməyib. Eyni zamanda biz qeyd etdik ki, onu yalnız özümüzün güvəndiyimiz həkimlər vasitəsilə müalicə olunsun. Amma sonradan təcridxanaya qaytarıblar. Səhhətində problemlər davam edir. Özünü yorğun hiss edir, nəfəs almaqda problemlər çəkir. Ümumən bu tip xəstələr adətən açıq havada, stresdən uzaq olmalıdır.  Amma təssüf ki, bu şəraitdə saxlanılır",- qardaşı əlavə edib.
 
Bundan əvvəl Toplum TV-nin təsisçisi Ələsgər Məmmədlinin vəkili mətbuata açıqlamasında bildirib ki, onun müalicəsini istinaq orqanı üzərinə götürüb, buna görə də onun ev dustaqlığına buraxılması vəsatəti vəkili tərəfindən geri götürülüb.

Martın 8-də Ələsgərli Məmmədli "Toplum" Tv işi ilə bağlı saxlanılıb. Onun evindən 60 min avronun çıxdığı bildirilib. Ələsgər Məmmədli Cinayət Məcəlləsinin  206.3.2 (şəxslərin qabaqcadan razılığı ilə qaçaqmalçılıq) maddəsi ilə ittiham olunub. Xətai Rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. 
 
Bununla yanaşı Toplum TV işi ilə bağlı Demokratik Təşəbbüslər İnustunun əməkdaşı Müşfiq Cabbarov, Demokratik Təşəbbüslər İnstitutunun üzvü Əli Zeynalov, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov və Toplum Tv-nin iki əməkdaşı Ramil Babayev və İlkin Əmrahov barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. 
 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM