Mərkəzi Bankdan devalvasiya olacağı ilə bağlı xəbərlərə RƏSMİ CAVAB

16:27 | 29.09.2017
Mərkəzi Bankdan devalvasiya olacağı ilə bağlı xəbərlərə RƏSMİ CAVAB

Mərkəzi Bankdan devalvasiya olacağı ilə bağlı xəbərlərə RƏSMİ CAVAB

Bu gün sosial şəbəkələrdə sentyabrın 30-da Azərbaycanda devalvasiya olacağına dair xəbərlər yayılıb. Buna səbəb bir sıra banklarda həmin günün şənbə olmasına baxmayaraq, iş günü elan edilməsi olub.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı Milli.Az Mərkəzi Banka sorğu ünvanlayıb.

MB-dən bildiriblər ki, bu xəbərlərin heç biri əsası yoxdur:

"III rübün başa çatması ilə əlaqədar olaraq dövlət büdcəsinə daxilolmaların kütləviliyini, xərclərin aparılmasının rəvanlığını və hesablaşmaların başa çatdırılmasının təmin edilməsi zəruriliyini nəzərə alaraq, ölkədaxili hesablaşma-kassa əməliyyatlarının aparılması məqsədilə 30.09.2017-ci il tarixi bank sistemi üçün rəsmi iş günü elan olunub.

Bununla bağlı kommersiya banklarına rəsmi bildiriş göndərilib".
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti