• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Mərkəzi Bankın banklara ayırdığı - kredit şərtləri sərtləşdi – YENİ QAYDA

Mərkəzi Bankın banklara ayırdığı - kredit şərtləri sərtləşdi – YENİ QAYDA
11.08.2022 13:38
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti, AMB-nin əvvəlki komandasının dövründə - 2016-cı ildə təsdiq etdiyi  «Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən banklara kreditlərin verilməsi Qaydalarında (2016-cı il 03 may tarixli 25/1 nömrəli qərar) dəyişikliklər edib. 

Dəyişikliklər AMB-nin banklara ayırdığı yenidən maliyyələşdirmə (yəni faktiki olaraq bannka dəstək – FED.az ) kreditlərin şərtlərini, 
Reklamınızı SmartBee ilə effektiv edin.

Beləliklə, yeni qaydalara əsasən yenidən maliyyələşdirmə kreditləri ilə bağlı meyarlar dəqiqləşdirilib. 

Bildirilir ki, Yenidənmaliyyələşdirmə kreditləri hərrac vasitəsilə və ya hərracdan kənar verilə bilər. Hərracla verilən kreditlərin müddəti 180 günü keçməyəcək. Başqa sözlə, əgər indiyədək hərraclar vasitəsilə 30 günlük, 360 günədək və 360 gündən artıq müddətə kredit götürmək mümkün idisə, indi bu müddət 180 gün müəyyən edilib.  

Hərracla verilən kreditlərlə bağlı texniki tələblər sərtləşdirilib, yəni indiyədək bank hərracla qazandığı krediti 5 günə rəsmiləşdirməli idisə, indi bu müddət 3 günə endirilib. Əks halda kredit verilməsindən imtina olunur. 

Əsas yeniliklərdən biri  - kredit götürən banklara qarşı tələblər müəyyən olunub. 

Yeni qaydalara görə, kreit hərraclarında o banklar işqtirak edə bilər ki, AMB tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fəaliyyətinə məhdudiyyət və ya qadağa qoyulmasın, eləcə də Mərkəzi Bank və ya banklar qarşısında vaxtı keçmiş kredit öhdəliyi olmasın. Qeyd edək ki, əvvəlki qaydalarda bu məsələ açıq idi, vəziyyəti qiypmətləndirmək AMB-in özünə buraxılırdı və təbii ki, qeyri-şəffaflıq imkanı yaradırdı. 

Yeni qərara əsasən 360 günlük kreditlər hərracdan kənar veriləcək. «Bu kreditlərin verilməsinin digər şərtləri İdarə Heyətinin qərarı ilə müəyyən olunur»-deyə qərarda bildirilir.

360 günlük kreditlərlə bağlı AMB özü üçün vaxt çərçivəsini ləğv edib. Əvvəlki qərara görə, Mərkəzi Bank kredit barədə müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq kredit verilib verilməməsi barədə qərar qəbul edirdi. İndi bu müddət ləğv edilib. 

Ən böyük sərtləşmə qaydaların 4.6.4-cü yarımbəndində nəzərdə tutulub. Burada bildirilir ki, AMB-dən kredit almaq istəyən banklar əvvəlki kimi daşımmaz əmlak və qızıl külçələri deyil, yalnız daşınmaz əmlak girov saxlaya bilər. Yəni artıq qızıl külçə ilə Mərkəzi Bankdan kredit götürmək alınmayacaq. 

Daşınmaz əmlakın özü ilə bağlı tələblər də kəskin şəkildə sərtləşdirilib. 

Əvvəlki qaydada konkret tələb yox idi ki, girov qoyulan daşınmaz əmlak kimə məxsus olmalıdır. Yəni prinsipcə banklar istənilən şəxsin adına olan əmlaki girov kimi AMB-yə təqdim edə bilərdilər, indi isə tələb dəqiqləşib – AMB-dən kredit alarkən yalnız o banklar girov qoyula bilər ki, onlar (1) bankın özünə və ya səhmdarlarına məxsus olusun, eləcə də (2) heç bir öhdəlik üzrə yüklü edilməmiş və barəsində məhkəmə mübahisəsi olmasın. (FED.az)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR-ın iki vitse-prezidenti “Azər Türk Bank”ın rəhbərliyinə gətirilib
İqtisadiyyat 17:14
SOCAR-ın iki vitse-prezidenti “Azər Türk Bank”ın rəhbərliyinə gətirilib
Azərbaycan neftinin çirkləndiyi aşkar edilib - RƏSMİ
İqtisadiyyat 15:42
Azərbaycan neftinin çirkləndiyi aşkar edilib - RƏSMİ
İçki və sirkə ixracı artıb - Rəsmi
İqtisadiyyat 11:34
İçki və sirkə ixracı artıb - Rəsmi
Azərbaycanda pambıq lifi ixracı artıb
İqtisadiyyat 10:37
Azərbaycanda pambıq lifi ixracı artıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:44
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:13
Avro bahalaşıb,rubl ucuzlaşıb - Günün məzənnəsi
Azərbaycanda unlu qənnadı məmulatlarının istehsalı artıb
İqtisadiyyat 23:43
Azərbaycanda unlu qənnadı məmulatlarının istehsalı artıb
Naxçıvanda sahibkarlıq layihələrinə 7,4 milyon manat güzəştli kredit ayrılıb
İqtisadiyyat 23:39
Naxçıvanda sahibkarlıq layihələrinə 7,4 milyon manat güzəştli kredit ayrılıb
Azərbaycandan Polşaya birbaşa xarici investisiyalar birinci rübdə 2,2 dəfə artıb
İqtisadiyyat 23:36
Azərbaycandan Polşaya birbaşa xarici investisiyalar birinci rübdə 2,2 dəfə artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol