Mərkəzi Bankın bu hüququ ləğv edildi

18:25 | 31.07.2023
Mərkəzi Bankın bu hüququ ləğv edildi

Mərkəzi Bankın bu hüququ ləğv edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) fəaliyyətinin müxtəlif sahələri üzrə xarici dövlətlərin mərkəzi bankları ilə əməkdaşlıq haqqında müqavilələr bağlama hüququ ləğv edilib. Bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi "Mərkəzi Bank haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunda öz əksini tapıb.

Bank üzrə ekspert Əkrəm Həsənov bildirir ki, bu qanunla faktiki olaraq heçnə dəyişməyib, sadəcə olaraq mövcud vəziyyət qanunvericiliyə daxil olub.

"Mərkəzi Banklar müstəqillik statusuna malikdir və kimlə nə müqavilə bağlayırlarsa bunu özləri müəyyənləşdirirlər. Amma təbii ki, qanunla bu məhdudlaşdırıla bilər. Bunu prezident yox, qanun edir. Ona görə də burada qeyri adi bir şey yoxdur. Faktiki olaraq hamımız bilirik ki, Azərbaycan Mərkəzi Bankının əvvəllər belə bir hüququ olub, amma heç vaxt o müqavilələri müstəqil bağlamayıb, mütləq prezident administrasiyası ilə məsləhətləşib. Faktiki  heç nə dəyişməyib, sadəcə o mövcud vəziyyəti qanuna daxil etdilər”, - ekspert bildirib.
 
Qanuna dəyişikliyə görə, Mərkəzi Bank xaricdə yerləşən dövlət və özəl mərkəzi klirinq (prosessinq) idarələri ilə öz adından (Konstitusiyanın 119-cu maddəsinin IV abzasının tələbləri nəzərə alınmaqla) klirinq və hesablaşmalar haqqında sazişlər və başqa müqavilələr bağlaya bilməz.
 
Eltac Nurullazadə


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM