Mərkəzi Bankının valyuta ehtiyatları artıb

15:28 | 07.07.2015
Mərkəzi Bankının valyuta ehtiyatları artıb

Mərkəzi Bankının valyuta ehtiyatları artıb


AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi iyulun 1-nə 8,52 mlrd. dollara çatıb

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatlarının həcmi 2015-ci il iyulun 1-nə 8 520,2 mln. ABŞ dolları təşkil edib.
AMB-dən "Report"a verilən məlumata görə, iyun ayının 1-nə olan analoji göstərici ilə müqayisədə valyuta ehtiyatları 89,4 mln. dollar və ya 1% artıb.
Qeyd edək ki, cari ilin əvvəlindən valyuta ehtiyatları 5 238,1 mln. dollar və ya 38%, keçən ilin anoloji dövrü ilə müqayisədə isə 6 642,9 mln. dollar və ya 43,8% azalıb.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM