Məşhur mesenat, Bakı milyonçusu Murtuza Muxtarovun Bakı yaxınlığında, Əmircan kəndində yerləşən qəbrinin fotosunu sizin diqqətinizə təqdim edirik.
Murtuza Muxtarov Bakı real məktəbinin, Temirxan-Şurin qadın gimnaziyasının hamisi, dağlılar arasında savadın və texniki biliklərin yayılması cəmiyyətinin fəxri üzvü kimi də fəaliyyət göstərirdi. O həmçinin Peterburq müsəlman xeyriyyə cəmiyyətinin fəxri üzvü və ali və orta ixtisas məktəblərinin tələbələri üçün 40 təqaüdün təsisçisi idi. [həmçinin "Nəşr maarif"in fəxri sədri ("maarifçilik üzrə Cəmiyyət"). M. Muxtarov məşhur pedaqoq, Azərbaycanda ilk qadın maarifçilərdən olmuş Məryəm Bayraməlibəyovanın Moskva tibb institutunda təhsil xərclərini öz üzərinə götürmüşdür.
O, Qərbi Avropa mədəniyyətinin vurğunu idi, dağlılar arasında mövhumata və xurafata qarşı mübarizə aparırdı. Bu məqsədlə Muxtarov Bakıda gündəlik nəşr olunan "Tərəqqi" qəzetini maliyyələşdirdi.
Fotoların müəllifi Orxan Əzimdir
ANN.Az