• $
  • £

Məşhur aktrisamızın analığı qocalar evində: “Cəhənnəmdən cənnətə düşmüşəm”

Məşhur aktrisamızın analığı qocalar evində: “Cəhənnəmdən cənnətə düşmüşəm”
14.10.2019 17:26
"Bəxt üzüyü” filmində "Sevda” obrazını yaradan Firəngiz Rəhimbəyovanın analığı 87 yaşlı Sona Rəhimbəyova artıq 3 ildir ki, hazırda Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində ("Qocalar evi”ndə) yaşayır. 

Anews.az xəbər verir ki, bu haqda medianews.az saytı məlumat verib. 

Sona Rəhimbəyova bildirib ki, o özünü burada cəhənnəmdən cənnətə düşmüş kimi hiss edir: 

"Heç zaman yolumun buradan düşəcəyini, həyatımın belə olacağını düşünməmişdim. Qızım gedəndən sonra çox çətinliklər gördüm. Amma burada olduğum üçün Allaha şükür edirəm. Bura qocalar evi deyil, pansionatdır. Evimiz, eşiyimiz, isti suyumuz, soyuducumuz, bir sözlə hər şeyimiz var”.
O, həyatında əsas dönüş nöqtəsinə səbəb hadisə və yaşadığı cəhənnəm əzabından danışır: "Yeganə övladım olan qızım Sevda həyat yoldaşı ilə birgə İsrailə köçmək məcburriyyətində qaldı. Kürəkənimin qohumları yaşamaq üçün onları İsrailə dəvət etdilər. Buna görə hətta evimizi də satmalı olduq. O zaman kürəkənim dedi ki, gəl sən də bizimlə get, gözüm üstdə yerin var. Hətta İsrailə getmək üçün bütün sənədlərimi düzəltmişdilər. Amma mən ora getməkdən imtina etdim. İstəsəm günü bu gün də İsrailə gedərəm, amma getmirəm. Çünki orada 50-60 dərəcə isti olur”.

Qızı Bakıdan köçəndə isə anasının vəziyyəti yaxşı olub. Buna görə də anasına görə ciddi narahatlığın yaranmasına əsas olmayıb. Amma əsas çətinliklər də bundan sonra başlayıb: 

"Kirayə qalmaq üçün tək yaşayan qonşu qadının evinə sığındım. O, məni çox incidirdi, aldığım pensiya ilə məni saxlayırdı. Hətta qızımın göndərdiyi pulları da mənimsəyirdi. Sevda son görüşümüzdə də and-aman elədi ki, ana, mən sənə ayda 150 dollar pul göndərirdim. Ancaq mən o pulu görmürdüm. Evində yaşadığım qonşu həmin pulları ələ keçirtmişdi. O, mənə o qədər işgəncə verirdi ki, heç başımı pəncərədən çıxardıb kimləsə söhbət etməyə də qoymurdu. Özümü yarıcan hesab edirdim”.

Elə yaşadığı bu cəhənnəm əzabı da onun yolunu "Qocalar evi”ndən salıb. Söhbət əsnasında Sona Rəhimbəyova qızı haqda da az-çox məlumat verib: 

"Qızım üç universitet bitirib. Onun Bakıda çox gözəl bir restoranı vardı. Hər şey normal idi. Onlar İsrailə gedəndən sonra qonşu mənim qulağımı doldurmağa çalışır, deyirdi ki, guya kürəkənim deyib, mən ora getsəm, o uşağını da, qızımı da atacaq. Amma onun dedikləri yalan idi. 10 gün Bakıda olduqları müddətdə mənə daha nələr almadılar ki?! Bütün günü restoranları, Milli Parkı gəzdik. Mənim üçün bütün ərzaq məhsulları alıb qoydular. Qara ikrayadək hər şeyim var, soyuducum indiyədək doludur”.

Sona xanım deyir ki, gündə iki dəfə qızı və onun ailəsi ilə Votsap vasitəsilə görüntülü danışır: "Qızım üçün darıxsam da, artıq bu reallığa alışmışam. Burada rəfiqələrim var, hər şey gözəldir”.

O qızından söz salmışkən analıq etdiyi Firəngiz Rəhimbəyovanı da danışıb: 

"Birinci həyat yoldaşım rəhmətə getdikdən sonra xalam oğlu ilə ailə qurdum. Firəngiz də mənim ikinci həyat yoldaşımın övladıdır. Ona və qardaşına da mən baxmışam. Onun toyunu mən etmişəm. Onun üçün darıxıram”.

"Firəngiz də yaşlanıb, artıq yaşı 60-dan çox olar. Onun bir qızı, iki nəvəsi var. Amerikadan Bakıya qonaq gəldikdə mənə baş çəkməyi unutmur. Mənim üçün Amerikadan müxtəlif geyimlər alıb gətirir”, – deyə o əlavə edib.

Qeyd edək ki, Sona xanım 1952-ci ildən təqaüdə çıxanadək Azərbaycan Milli Elmlər Akademiyasında işləyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Mədəniyyət 20:00
Milli Kitabxanada Azərbaycan Kinosu Günü ilə bağlı virtual kitab sərgisi təqdim olunub
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Mədəniyyət 12:26
Nəriman Həsənzadə dəfn edilib - Yenilənib
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Mədəniyyət 16:23
Qərbi Azərbaycan Televiziyasının fəaliyyətə başlamasından üç il ötür
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Cəmiyyət 15:10
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı - Nekroloq
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Cəmiyyət 11:22
Nəriman Həsənzadə ilə vida mərasiminin yeri və vaxtı açıqlanıb
Nəriman Həsənzadə vəfat edib
Mədəniyyət 08:50
Nəriman Həsənzadə vəfat edib
Habil Əliyevin adı Ağdaşdakı musiqi məktəbinə verilib
Mədəniyyət 18:10
Habil Əliyevin adı Ağdaşdakı musiqi məktəbinə verilib
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Mədəniyyət 18:45
Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirilib
Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək
Mədəniyyət 10:10
Şuşada 4-cü Qlobal Media Forumu keçiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol