Abdulla Şaiq adına Kukla Teatrına yeni baş rejissor təyin edilib. AzNews.az xəbər verir ki, bundan sonra aktyorlarla baş rejissor kimi Qurban Məsimli işləyəcək. Qeyd edək ki, Q.Məsimli cəmiyyətə daha çox “Xəzər” televiziyasında yayımlanan “Aramızda qalsın” teleserilandan tanışdır. O, bu serialda baş rollardan birini - “Mehman” obrazını canlandırıb. Eyni zamanda həmin serailda aktyorlarla iş üzrə rejissor kimi çalışıb. Bildirək ki, Rəhman Əlizadə vəfat etdikdən sonra Kukla teatrında baş rejissor vəzifəsi boş qalmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !