Septik şok (orqan fəaliyyətsizliyi) səbəbiylə 95 gün reanimasiyada müalicə olunan Nejat İşler yenidən xəstəxanaya yerləşdirilib. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, İşler beş saat davam edən bir əməliyyat keçirib. Barmaqları göyərən aktyorun sağ əlinin iki barmağı amputasiya edilib. Digər üç barmaqda isə göyərməyə qarşı müalicə aparılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !