Məşhur fantast yazıçı vəfat etdi

15:24 | 13.03.2015
Məşhur fantast yazıçı vəfat etdi

Məşhur fantast yazıçı vəfat etdi

Məşhur fantast yazıçı Terry Pratchett 66 yaşında vəfat edib.

Onun əsərləri dünyanın 40-a yaxın dilinə çevrilib və 85 milyon nüsxədən artıq satılıb.

Pratchett ömrünün son illərində Alsheymer xəstəliyindən əziyyət çəkirdi.

Buna baxmayaraq yazmağa davam edirdi.

Pratchett dünya şöhrətini "Yastı dünya” silsiləsindən olan kitablarıyla qazanıb.

Bu silsiləyə satirik fentezi janrında olan 40-a yaxın kitab daxildir.

Ümumilikdə isə Pratchett 70-dən çox kitab yazıb.

1990-cı illərdə Pratchett Britaniyanın ən çox oxunan yazarı sayılırdı.

Oxu Zalı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti