Oğrular qiymətli əşyalar və pulları oğurlayıblar
Türkiyənin məşhur müğənnisi İşın Karacanın evi soyulub.
ANS PRESS-in məlumatına görə, türkiyəli məşhur müğənni İşın Karacanın evinə oğru girib. Bu barədə müğənni sosial şəbəkədə məlumat verib.
Müğənnin hazırda İstanbulda olmamasından istifadə edən oğrular evə girərək kassanı ələ keçiriblər.
İşın Karaca başına gələn hadisədən olduqca qəzəblənib. Xüsusilə də oğurluğun mübarək ramazan ayında olmasına təəssüflənib.
Oğrular onun ailəsindən qalan qiymətli əşyaları, qızılları və pulları aparıblar. Müğənni isə ailəsindən ona əmanət qalan əşyalara yanır. Çünki o, pulun qazanılacağını deyir.
"Uşaqlarımızn başının sədəqəsi olsun deyirəm. Amma bunu edənlər şərəfin, vicdanın heysiyyətin nə olduğunu bilsəydi heç vaxt etməzdi! " -deyə müğənni öz qəzəbini bildirib.
Faktla bağlı polis istintaq işi başladıb, araşdırma aparılır.
ANN.Az