Dekabrın 24-də Heydər Əliyev sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş konsert keçiriləcək.
Lent. az-ın məlumatına görə, “Döyünən Ürəyimsən, Azərbaycan!” adlı bayram konsertində xalq artistlər Aygün Kazımova, Faiq Ağayev, əməkdar artistlər Ədalət Şükürov Abbas Bağırov, Nemət Qasımlı Səlim Abbasov, müğənnilər, Nazim (faytonçu) Elnur Məmmədov, Samir Piriyev, Rəşad İlyasov və başqaları iştirak edəcək. Saat 19:00-da başlanacaq konsertin biletlərinin qiyməti 10- 50 manatdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !