Reanimasiya şöbəsində ötən cümədən bu yana həyat mübarizəsi aparan aktyor Nejat İşler iki gün öncə Bodrumdan İstanbul Maslak Acıbadem Xəstəxanasına köçürülüb.ANS PRESS-in məlumatına görə, ötən gün aktyorun yerləşdirildiyi xəstəxanada çoxlu ziyarətçi axını olub.Xəstəxanaya gələnlər arasında bir çox tanınmış insanlar, həmçinin siyasətçilər də olub.CHP sədrinin müavini Gürsel Tekin ötən gün reanimasiyada olan Nejat İşleri ziyarət etdikdən sonra onun indi daha yaxşı olduğunu deyib:"Bu gün daha yaxşıdır. Baş həkiminin söylədiyinə görə, önümüzdəki günlərdə reanimasiyadan çıxa biləcək vəziyyətdədir. Bütün sevənlərinə bu müjdəni vermək istəyirəm".Bodrumda Gümüşlük sakinləri isə Gümüşlükdə yaşayan aktyorun "Əgər ölsəm, məni burada basdırın" dediyini iddia ediblər.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !