Dünən Adnan Menderes Universitetinin klinikasında 72 yaşlı məşhur türk aktyoru Selçuk Uluergüven vəfat edib.
ANN.Az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, aktyor 3 ay əvvəl sınmış ayağındakı protezin yerdəyişməsinə görə xəstəxanaya yatırılmışdı. Aktyorun xanımının məlumatına görə, əri son nəfəsinəcən onunla danışıb.
"Son aylar bizim üçün çox gərgin keçdi. O hər şeyi ürəyinə salırdı. Onun sonuncu arzusu İstanbula getmək idi. Bütün bunlar belə qurtarmalı deyildi", - aktyorun xanımı deyib.
Aktyor İstanbulun Zincirliköy məzarlığında, 2004-cü ildə avtoqəzada ölən oğlunun yanında dəfn ediləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !