“Kazalet ailəsinin xronikası” seriya romanlarına görə populyar olan Hovardın əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilib
Böyük Britaniyada 90 yaşlı yazıçı Elizabet Ceyn Hovard vəfat edib.
Milli.Az xəbər verir ki, anspress-in İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yazıçı İngiltərənin şərqində yerləşən Saffolk qraflığında öz evində dünyasını dəyişib. Oxucular arasında daha çox “Kazalet ailəsinin xronikası” seriya romanlarına görə populyar olan Hovardın əsərləri dünyanın bir çox xalqlarının dillərinə tərcümə olunaraq milyonlarla tirajlarla nəşr edilib.
Yazıçıya 2002-ci ildə Böyük Britaniya mədəniyyətinin inkişafında etdiyi xidmətlərinə görə “Britaniya imperiyasının ordeni” verilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !