DÇ-2018-in Cənubi Amerika zonasında seçmə mərhələyə yekun vurulub.
Anews.az xəbər verir ki, Braziliyadan sonra daha 3 komanda Rusiyada keçiriləcək mundiala vəsiqə qazanıb.
Bütün diqqətlər isə Argentina- Ekvador oyununa cəmlənib.
Leo Messinin kapitanı olduğu komandanı mundiala yalnız qələbə çıxara bilərdi.
Argentina məhz superulduzunun sayəsində bu arzusuna çatıb.
Messinin vurduğu 3 qola ekvadorlular yalnız bir dəfə cavab verə biliblər.
Argentinaya Uruqvay və Kolumbiya da yoldaş olub.
Braziliyaya məğlub olan Çili kənarda qalsa da, 5-ci yeri tutan Peru "play-off"da Yeni Zelandiya ilə üz-üzə gəlmək şansı əldə edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !