"Barselona" ulduz futbolçusu Lionel Messinin qazandığı uğurlar hər gün getdikcə artır. ANS PRESS-in xəbərinə görə, ulduz futbolçu Avropa liqası oyunları çərçivəsində 21 fərqli şəhərdə 66 qol vurub.Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunlarında "Mançester Siti"-"Barselona" qarşılaşması zamanı ilk qolu 54-cü dəqiqədə Lionel Messi vurdu. Messinin bu qolu vurması ilə demək olar ki, Avropada qol vurmadığı şəhər qalmadı. Sözügedən oyunda "Barselona" səfərdə "Mançester Siti"ni iki cavabsız qolla məğlub etdi."Barsa"ya qalibiyyət gətirən qollara 54-cü dəqiqədə penaltidən Messi, 90-cı dəqiqədə isə Deni Alves imza atıb. Gecənin digər matçında isə "PSJ" Almaniyada "Bayer Leverkuzen"-i 4-0 məğlub edərək divan tutdu. "PSJ"nin qollarını isə Matoudi, İbrahimoviç (2) və Kabaye vurdu.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !