"Bizə bununla bağlı şəhid ailələri və qazilər müraciət edirlər. Onların müraciəti üzrə aiddiyatı qurumlara müraciət edirik. Bizə deyirlər bizim verməyə torpağımız yoxdur. Təsəvvür edin avadanlıqlar verilir amma işləməyə yer yoxdur. Bununla bağlı məsələyə baxılmasını xahiş edəcəm”, - deputat bildirib.
Qənirə Paşayeva şəhid olan evin tək uşağlarının analarına da müəyyən imkaların yaradılmasını təklif edib.
"Şəhid olandan sonra dövlətin verdiyi ev şəhidin xanımına qalır. Nəticədə ana kirayələrdə qalır. Bu problemi həll etmək yaxşı olardı”, - deputat söyləyib.
Millət vəkli qeyri rəsmi nigahda olan və uşağı olan şəhid ailələrinə də şəhidlik statusu verilməsi məsələsinə baxılmasını bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !