Metroda bərpa olunan köşklərdə nələr satılacaq? - Video

18:11 | 27.01.2015
Metroda bərpa olunan köşklərdə nələr satılacaq? - Video

Metroda bərpa olunan köşklərdə nələr satılacaq? - Video

Metrostansiyalarda ticarət köşkləri bərpa olunacaq.

ANN.Az ANS TV-yə istinadən xəbər verirki, əvvəlki kimi keçidlərdə paltarların satışı mümkün olmayacaq. Bu obyektlərdə gül, kitab və bu kimi məhsulların satılmasına icazə veriləcək. Lakin hansı məhsulların satılması ilə bağlı hələki tam yekun qərar verilməyib. Ancaq bu köşklər sərnişinlərin hərəkətinə mane olmayan yerlərdə qurulacaq.

Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirdi ki, Bakı Metropoliten QSC təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə ticarət obyektlərinin bağlanması qərarı vermişdi. Qarşıya qoyulan məqsəd Metropolitenin müasir tələblər çərçivəsində yenidən qurulması, beynəlxalq standartlara uyğunlaşdırılması, sərnişinlərin sərbəst və təhlükəsiz hərəkətinin təmin edilməsi və sərnişindaşıma xidmətinin keyfiyyətinin yüksəldilməsidi. Ancaq hər kəs istədiyi yerdə istədiyi məhsulu sata bilməyəcək.

Şəhər sakinlər ticarət köşklərinin yaradılmasını müsbət qarşılasalar da amma müəyyən problemlərin olacağını bildirdilər.

Paytaxt sakini Brilliant Məhəmmədov metroda köşklər qurlaşdırılanda buradan keçməyin mümükün olmadığını dedi.

Hələlik isə təkcə Koroğlu stansiyasında belə bir köşk tikilib.

ANN.Az
 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür