İstehsalçıların sözlərinə görə, belə kameranı endoskopla birlikdə tibbi tədqiqatlarda istifadə etmək olar.
Bundan başqa, insanın orqanizminə göndərilmiş mikrorobotu analoji qurğu ilə təchiz etmək olar.
"ICTnews” Elektron Xəbər Xidməti "hi-news.ru” saytına istinadən xəbər verir ki, mikroskopik kamera üç linza ilə təchiz edilib, qalınlığı 100 mikrometr (0.1 mm), eni qurğunun korpusu ilə birlikdə 120 mikrometr təşkil edir. Kamera 3 mm məsafədən obyektə fokuslana bilir və çəkilmiş şəkli 1.5 metr uzunluğunda olan fiber-optik kabellə göndərə bilər.
Miniatür üçqat linza femtosaniyə lazerin sayəsində yaradılıb. Tədqiqatçılar belə linzaların yaradılmasında yüksək dəqiqliyə nail olublar.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !