"Milan" İbrahimoviçlə yeni müqavilə imzaladı

22:30 | 05.04.2021
İtaliya "Milan"ı futbolçusu Zlatan İbrahimoviçlə yeni müqavilə imzalayıb.

"Report"un "Tuttomercato" nəşrinə istinadən məlumatına görə, isveçli hücumçunun cari mövsümün sonunda başa çatacaq sözləşməsinin müddəti daha 1 il uzadılıb.

Rəsmi açıqlamanın yaxın vaxtlarda veriləcəyi bildirilib.

Qeyd edək ki, Zlatan İbrahimoviç cari mövsüm A Seriyasında meydana çıxdığı 16 oyunda 15 qol vurub.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM