ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin pozulması regionda sülh və təhlükəsizliyə zidd addım olar. Bunu Dövlət departamentinin sözçüsü Metyu Miller deyib.
"ABŞ administrasiyası Azərbaycanla qarşılıqlı əlaqəsi Amerikanın milli maraqlarına cavab verən əlaqələrdən əl çəkmək niyyətində deyil. Biz heç vaxt Azərbaycanla əməkdaşlığı davam etdirməyəcəyimizi deməmişik ki, bu da Amerika Birləşmiş Ştatları kimi maraqlarımıza ziddir. Hesab edirik ki, Azərbaycanla diplomatik münasibətlərimizə son qoyulması regionda sülh və təhlükəsizlik maraqlarına zidd olacaq", - o jurnalistlərə açıqlamasında deyib.
Millər vurğulayıb ki, ABŞ həm Azərbaycan, həm də Ermənistanla qarşılıqlı əlaqələrini davam etdirir.
Dekabrın 6-da ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Azərbaycana səfərə gəlir. Səfər çərçivəsində Azərbaycan və Ermənstan münasibətlərin müzakirə edilməsi gözlənilir.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !