• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

Millət vəkili bankları yıxıb-sürüdü: Əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir

Millət vəkili bankları yıxıb-sürüdü: Əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir
11.06.2019 10:59
Millət vəkili Vahid Əhmədov növbəti dəfə bankların kredit siyasətini tənqid edib.

Anews.az-ın məlumatına görə, o, İctimai Televiziyada yayımlanan "Diqqət Mərkəzi-Yekun” verilişində çıxışı zamanı bankların krediti yüksək faizlə verdiyinə diqqət çəkib.Deputat "Necə olur ki, bank əmanəti 12 faizlə alır, lakin 25 faizlə kredit verir?” deyə məəslə qaldırıb və bildirib ki, banklar vəsaiti ilk növbədə insanların qoyduğu əmanətlərdən cəlb edir:
"İkincisi, xarici maliyyə institutlarından, üçüncüsü isə Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditindən vəsait cəlb edirlər. Cəlb olunan vəsaitlərin 80-85 faizi faktiki olaraq insanların əmanətləridir. Bəs necə olur ki, bank məndən 12 faizlə əmanət götürür, sonra həmin pulu 25 faizlə qaytarır? Bankın xərci 3-4 faiz olar, 15-20 faiz ola bilməz axı. Bank sistemindəki bu suallar həllini tapmalıdır”.

Banklar Assosiasiyasının nümayəndəsi Sahib Daşdəmirov isə hər bir özəl bankın öz strategiyası olduğunu qeyd edib:
"Nəyə görə bu gün bank sistemində yüksək faizləri götürürsünüz? Məsələn, Sahibkarlığa Yardım Fondu illik 6 faizlə, İpoteka Fondu 8 faizlə kredit verir. Hazırda bizdə banklarda boş vəsait formalaşır. O boş vəsait isə artıq orta və kiçik sahibkarlığa ayrılmış vəsaitdən istifadə olunacaq. Yaxın günlərdə bu barədə açıqlama da veriləcək. Bizim faiz siyasətimiz bazara uyğun tənzimlənir”.
V.Əhmədov onunla razı olmadığını deyib:
"Dərinə getsək, başqa şeylər çıxacaq. Mən sənin dediyinlə razı deyiləm. Sual verirəm, niyə bank əmanəti 12 faizlə götürür, mənə 25 faizlə verir? O dediyin kreditlər yoxdur. Biz Azərbaycanda yaşayırıq da, Amerikadan gəlməmişik ki”.
Məlumat üçün bildirək ki, Vahid Əhmədov hər zaman bankların düzgün kredit siyasəti yeritmədiyini bildirir, bunun tənzimlənməli olduğuna dair fikirlər səsləndirir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
2025-ci ilin dövlət büdcəsi qəbul edilib
İqtisadiyyat 11:28
2025-ci ilin dövlət büdcəsi qəbul edilib
Azərbaycanda bu qanunlar ləğv olunur
İqtisadiyyat 12:23
Azərbaycanda bu qanunlar ləğv olunur
Prezident Rəfiqə Hüseyn-zadəni işdən çıxardı
İqtisadiyyat 14:29
Prezident Rəfiqə Hüseyn-zadəni işdən çıxardı
Bu il orta əmək haqqı 900 manat olacaq - Prezident
İqtisadiyyat 18:29
Bu il orta əmək haqqı 900 manat olacaq - Prezident
Azərbaycan və Aİ arasında təbii qaz nəqlinin artırılması haqqında saziş imzalandı - CANLI YAYIM
İqtisadiyyat 16:21
Azərbaycan və Aİ arasında təbii qaz nəqlinin artırılması haqqında saziş imzalandı - CANLI YAYIM
Ermənistana enerji ixrac oluna bilər - Nazir müavini
İqtisadiyyat 17:26
Ermənistana enerji ixrac oluna bilər - Nazir müavini
İlham Əliyev: “Azərbaycan şirkətləri Əfqanıstana investisiya yatırmağa hazırdır”
İqtisadiyyat 05:29
İlham Əliyev: “Azərbaycan şirkətləri Əfqanıstana investisiya yatırmağa hazırdır”
Pensiyalar ciddi şəkildə artacaq - Nazirdən ŞAD XƏBƏR
İqtisadiyyat 04:50
Pensiyalar ciddi şəkildə artacaq - Nazirdən ŞAD XƏBƏR
İlham Əliyev rəis müavinini işdən çıxardı - QƏRAR
22:18
İlham Əliyev rəis müavinini işdən çıxardı - QƏRAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol