Millət vəkili Qənirə Paşayeva qanunverici orqanda, Azərbaycanın xaricdə tanıdılmasında, ölkə tarixinin, mədəniyyətinin və Qarabağ həqiqətlərinin təbliğində fəal rol oynadığına görə "Tomris” mükafatına layiq görülüb.
A24.az xəbər verir ki, Q.Paşayeva mükafata görə hər kəsə təşəkkür edib.
"Hər birimizin, bütün qadınlarımızın ən böyük arzusu yaxın zamanlarda Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsidir. İnanıram ki, o gün uzaqda deyil və biz bir millət və dövlət olaraq Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik, inşallah bu gözəl bayramları Xankəndində, Xocalıda, Şuşada və bütün o gözəl torpaqlarımızda qeyd edəcəyik. Bu istiqamətdə hamımıza yorulmadan çalışmağı, mübarizə aparmağı diləyirəm”, – Q.Paşayeva bildirib.
Tədbirdə iştirak etmək üçün Kərkükdən gələn ziyalılar Qənirə Paşayevaya mükafat təqdim ediblər və hər zaman İraq türkmanlarının yanında olduğu üçün millət vəkilinə təşəkkür ediblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !