Milli Məclis buraxılması ilə bağlı qərar qəbul etdi

13:43 | 02.12.2019
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriiliib. İclasın gündəliyinə cəmi bir məsələ daxil idi - parlamentin buraxılması.
 
Parlament Milli Məclisin buraxılması və yeni seçkilərin təyin edilməsi ilə bağlı prezidentə müraciət qəbul etdi.  99 nəfər lehinə, bir nəfər əleyhinə, bir nəfər bitərəf olmaq şərti ilə qərar çıxarıldı. 

Qeyd edək ki, noyabrın 28-də hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının iclası keçirilib. İclasda partiyanı təmsil edən deputatlara Milli Məclisi ləğv etmək təşəbbüsü ilə çıxış etmək tövsiyə olunub.

www.anews.az
loading...

Xəbər lenti