Milli Şura aksiya üçün 5 yer təklif edib

13:19 | 09.12.2013
Milli Şura aksiya üçün 5 yer təklif edib

Milli Şura aksiya üçün 5 yer təklif edib

Milli Şura dekabrın 15-də qiymət artımına etirazla bağlı mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Müsavat Partiyasının başqanının müavini Gülağa Aslanlı APA-ya açıqlamasında bildirib ki, müraciət dekabrın 6-da Bakı Şəhər İcra Hakimiyyətinə təqdim olunub. Müraciətə Milli Şurada təmsil olunan Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı, AXCP funksioneri Seymur Həziyev və KXCP sədrinin müavini Xəzər Teyyub imza atıblar. Saat 16:00-dan 18:00-a qədər 10 min nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulan aksiya üçün Bakı Şəhər İcra Hakimiyyətinə 5 yer təklif olunub. Bunlar Bakıda kütləvi aksiyaların keçirilməsi üçün nəzərdə tutulmuş Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionu, Nəsimi rayonu 1-ci mikrorayon Asim Məhərrəmov küçəsindəki park, “Ulduz” metrostansiyası qarşısındakı Araz küçəsində park, Binəqədi rayon “Dərnəgül” metrostansiyasının dəmiryolu tərəfindəki çıxışında və Nərimanov rayonundakı Nərimanov parkıdır. Aksiyada “Qiymətlər endirilsin!”, “Bahalaşmaya son!” şüarları səsləndiriləcək.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti