Milyarder qızının toyu: 400 min dollarlıq gəlinlik

11:01 | 29.09.2016
Milyarder qızının toyu: 400 min dollarlıq gəlinlik

Milyarder qızının toyu: 400 min dollarlıq gəlinlik

Rusiyanın ən zəngin iş adamlarından biri, çeçen milyarder Musa Bajayevin 22 yaşlı qızı Elina Bajayevanın toyu olub.

O, çeçen iş adamı, "Dorchester Finance" korporasiyasının sahibi Alixan Mamakayevin oğlu, 25 yaşlı Bekxan ilə ailə qurub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Elina Bajayeva Moskva Dövlət Xarici Münasibətlər İnstitutunun tələbəsidir. Bekxan Mamukayev isə London Universitetini başa vurub, 6 dildə səlis danışır. O, atasının bir neçə şirkətini idarə edir.

Bekxanla Elina fevralda tanış olublar.

Monte-Karlodakı "Le Louis XV" restoranında Avropa standartlarına uyğun toya 100 qonaq dəvət olunmuşdu. Çeçen adətlərinə xilaf olaraq, toyda bəylə gəlin yanaşı oturmuşdular.

Musa Bajayevlə xanımı Luiza adətlərin pozulduğu toya qatılmaq istəməyiblər. Çünki Çeçenistanda qızın valideynləri toya getmirlər.

Elina Bajayevanın əynində livanlı dizayner Züheyr Muradın əsəri olan 400 min dollarlıq gəlinlik vardı.

6 ay əvvəl Elinanın bacısı Məryəmin toyu olmuşdu.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM