Minaların xəritəsinin verilməməsi Ermənistanın bizə qarşı terrorunun davamıdır - Əliyev

18:40 | 21.07.2023
Minaların xəritəsinin verilməməsi Ermənistanın bizə qarşı terrorunun davamıdır - Əliyev

Minaların xəritəsinin verilməməsi Ermənistanın bizə qarşı terrorunun davamıdır - Əliyev

Müharibə bitəndən sonra minalar üç yüzdən artıq insanın həyatına son qoyub və ya onları ağır şəkildə yaralayıbdır. Yəni, azad olunmuş ərazilərdə üç yüzə yaxın mina partlayışı baş verib.
 
Bu barədə  Azərbaycan Prezidenti İlham Əliyev "4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunda çıxışında səsləndirib.

Minaların basdırılmasının müharibə cinayəti olduğunu diqqətə çatdıran dövlət başçısı deyib: "Həmin minaların xəritəsinin təqdim edilməməsi Ermənistanın bizə qarşı olan terrorunun davamıdır. Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Ermənistanın baş naziri şəxsən rəsmi olaraq bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət, boyunlarına aldılar ki, elə xəritələr var”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM