Minaya düşən şəxslərin 85%-i mülki vətəndaşlardır - Razi Nurullayev

Dünyada minaya düşən şəxslərin 85%-i mülki vətəndaşlardır. Bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.
www.anews.az
"Azərbaycan hazırda mina çirklənməsinə görə dünyada 5 ci yerdə qərarlaşıb. Dünyada minaya düşən şəxslərin 85%-i mülki vətəndaşlardır. Minaların təmizlənməsi üçün bir stimul yaranmalıdır. Burada vətənpərvərlik faktoru da önəmlidir",- deputat "Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi 24 oktyabr təşkil etdiyi "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda ictimai dinləmə zamanı bildirib.
Azərbaycanda indiyə kimi 3500-ə yaxın şəxs mina qurbanı olub.
Gülnar Nazimqızı
www.anews.az