Minifutbol üzrə ölkə çempionatının finalçıları müəyyənləşib

20:00 | 31.05.2023
Minifutbol üzrə ölkə çempionatının finalçıları müəyyənləşib

Minifutbol üzrə ölkə çempionatının finalçıları müəyyənləşib

Minifutbol üzrə ölkə çempionatında yarımfinal görüşləri başa çatıb.

İki oyundan ibarət olan dueldə "Zirə” "Qarabağ” kollektivinə qalib gələrək finala vəsiqə qazanıb - 2:1; 3:2.

Digər yarımfinal matçında son çempion "Birbaşa Bakı” rumınyalı mütəxəssis Dan Marius Mitunun rəhbərliyi altında "Bakı”dan üstün olub - 4:0; 3:2.

Ötən mövsüm olduğu kimi həlledici qarşılaşmada "Zirə" və "Birbaşa Bakı” üz-üzə gələcək.

Finalın hansı tarixdə olacağı hələlik dəqiqləşməyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb