Mirzə Fətəli Axundov haqqında yeni kitab

15:41 | 29.04.2020
Mirzə Fətəli Axundov haqqında yeni kitab

Mirzə Fətəli Axundov haqqında yeni kitab

 "Jeko Print" nəşriyyatında tarixçi Aydın Balayevin "Fərqli M.F.Axundov: əqidəli rusofil, İran aşiqi və "azərbaycanlı" kimliyinin banisi" kitabı çap olunub.

Axundov haqqında onun həyatı, ləyaqəti və əsərlərinin nöqsanları, habelə fəlsəfi dünyagörüşü haqqında digər kitablardan fərqli olaraq, bu əsər "azərbaycanlı" və ya "Azərbaycan türkü" adlandırılan kimliyin formalaşması prosesində Axundovun roluna həsr edilib.

Məsələnin aktuallığı ondadır ki, bu mövzu ətrafında mübahisələr başa çatmaqdan uzaqdır. 100 il əvvəl olduğu kimi, bu gün də cəmiyyətdə kimliyin 3 forması: türk, azərbaycanlı və islam kimliyi haqqında mübahisələr gedir. Həm də bugünki vəziyyət daha qarışıq və ziddiyyətlidir.

XX əsrin əvvəllərində islam tərəfdarları şiə, mahiyyətcə isə İran kimliyini bərqərar etməyə çalışır. İndi isə Azərbaycanda sünniliyin müxtəlif cərəyanları geniş yayıldıqca islam kimliyinin öz aralarında mübarizə aparan bir çox formaları meydana çıxıb.

Digər tərəfdən, "azərbaycanlı kimliyi" anlayışı da xeyli dəyişikliyə məruz qalıb. Bu ideyanın müəllifi M.Ə.Rəsulzadə nəinki Azərbaycanlıların türk əsilli olduğunu inkar etmirdi, əksinə, bu amili azərbaycançılıqın əsas elementi hesab edirdi.

Bu arada, müasir şərhdə "azərbaycanlı kimliyi" müxtəlif mənşəli etnik və mlli qrupları bir vəhdət şəklində birləşdirən məşhur "sovet" və ya "osmanlı" kimliyini xatırladır.

Əsər Axundov irsinə qarşı kifayət qədər tənqidi tonda yazılıb, amma onun milləti qarşısında çox qiymətli xidmətlərini kiçiltmir.

Kitabı "Kitabevim.az" və "Oksford" (metronun "28 May" stansiyasının yaxınlığında) mağazalarından, habelə "Akademkitab"dan (Ədəbiyyat Muzeyinin altında) almaq olar. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM