Mirziyoyev Azərbaycana gəlir

11:55 | 24.03.2023
Mirziyoyev Azərbaycana gəlir

Mirziyoyev Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sentyabrda Azərbaycana səfər edəcək.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Daşkənd şəhərindəki "Yeni Özbəkistan” parkında keçirilmiş Novruz şənliyində diaspor nümayəndələrimizlə görüşən Şavkat Mirziyoyev deyib ki, sentyabrda Azərbaycana səfər edəcək.

Prezidentin sözlərinə görə, səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq.

İşğaldan azad edilmiş Füzuli şəhərində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə Özbəkistan büdcəsinin vəsaiti hesabına 960 şagird yerlik məktəb binası inşa edilir. Binanın tikintisinin 2023-cü ilin avqust ayında yekunlaşdırılması nəzərdə tutulur.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb