Yanvarın 3-də Misirdə hakimiyyətdən uzaqlaşdırılmış prezident Məhəmməd Mursinin tərəfdarları, əleyhdarları və polis arasında davam edən toqquşmalarda ən azı 10 nəfər ölüb.APA-nın “Frans Press” agentliyinə istinadən verdiyi məlumata görə, cümə günü minlərlə insan paytaxt Qahirənin və Misirin digər şəhərlərinin küçələrinə çıxıb.Polisin nümayişçiləri dağıtmaq cəhdi toqquşmalarla nəticələnib. Təkcə Qahirədəki toqquşmalar zamanı 4 nəfər həlak olub.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !