Moldovadan Rusiyaya zərbə

20:04 | 04.07.2014
Moldovadan Rusiyaya zərbə

Moldovadan Rusiyaya zərbə

Moldovada Rusiyanın “Rossiya 24” telekanalının yayımını qadağan edib. ANS PRESS-in məlumatına görə, bu barədə Moldova Teleradio Yayımı üzrə Koordinasiya Şurası qərar çıxarıb.Şura bəyan edib ki, telekanalda yayımlanan verilişlərdə Ukrayna hadisələri düzgün göstərilmədiyinə görə, kanalın fəaliyyəti dayandırılıb. “Rossiya 24” telekanalının yayımı 1 yanvar 2015-ci ilə qədər qadağan edilib. Moldova Teleradio Yayımı üzrə Koordinasiya Şurası Rusiyanın NTV və “Birinci kanal”ını retransliyasiya edən TV7 və Prime kanallarına xəbərdarlıq edib.“RTR” və “REN TV” əgər dünyada baş verən hadisələri düzgün işıqlandırmasa, lisenziyası əlindən alınacaq”, deyə Şura bəyan edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM