Monqol məşqçiləri Olimpiadada etiraz olaraq soyundular – VİDEO

11:02 | 22.08.2016
Monqol məşqçiləri Olimpiadada etiraz olaraq soyundular – VİDEO

Monqol məşqçiləri Olimpiadada etiraz olaraq soyundular – VİDEO

65 kq çəki kateqoriyasında sərbəst güləş üzrə üçüncü yer uğrunda mübarizə böyük qalmaqal ilə sona çatıb. Öncə hakimlər monqol Mandahnaran Qanzoriqi qalib elan etsələr də, sonradan bürünc medalı özbək idmançısı İxtiyer Navruzova veriblər.  

Oxu.Az xəbər verir ki, qəzəblənmiş monqol məşqçiləri etiraz əlaməti olaraq, hakim masasının qarşısında soyunublar, onların yetirməsi isə qalibin əlinin qaldırılması mərasimində iştirakdan imtina edib. 

Görüşün sonuna 18 saniyə qalmış monqol hesabı bərabərləşdirib (6:6). Görüş başa çatdıqdan sonra Qanzoriq və onun qərargahı qələbəni qeyd etməyə başlayıblar. Amma hakimlər görüşün son saniyələrinin əks olunduğu videoyazıya baxdıqdan sonra bürünc medalı 8:7 hesabı ilə özbək idmançısına veriblər.  

Navruzov sevindiyindən ağlamağa və öz məşqçisinin üzərində idman fənlərini nümayiş etdirməyə başlayıb. Monqol idmançısı yerə uzanaraq üzünü əlləri ilə örtərək hönkürüb ağlayıb. İdmançının məqçiləri isə hakimlərin qarşısında dizüstə qərarlarını bir daha nəzərdən keçirmələrini xahiş ediblər. Xahişləri yerinə yetirilmədikdən sonra Qanzoriqin hər iki məşqçisi etiraz əlaməti olaraq soyunmağa başlayıblar. Qırmızı vərəqə onları dayandırmayıb. 

Qanzoriqin özü isə on dəqiqədən sonra rəqibini təbrik edib, amma qalibin əlinin qaldırılması mərasimində iştirakdan imtina edib. 
 








 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM