“Moon Kids” uçaq bağçasının direktoru həbs edilib - Rəsmi

14:34 | 03.07.2024
“Moon Kids” uçaq bağçasının  direktoru həbs edilib - Rəsmi

“Moon Kids” uçaq bağçasının direktoru həbs edilib - Rəsmi

 "Moon Kids” Uşaq Bağçasının təsisçisi və direktoru Navvaxanım Rüstəmova cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə  Baş Prokurorluq  məlumat yayıb.

 Rüstəmova Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirli bilinib.

Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb