Moskva Bakı ilə İrəvan arasında sülh prosesinə dəstək olmaq üçün lazım olan bütün addımları atır. Bunu Rusiyanın xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova deyib.
"Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşası üçün ən çox maraqlı olan tərəflərdənik. Regionda sülh olmasını istəyirik. Son bir ayda iki ölkə arasında Rusiyanın iştirakı ilə çox vacib görüşlər baş tutub", - Zaxarova avqustun 2-də keçirilən brifinqdə deyib.
XİN rəsmisi vurğulayıb ki, Qarabağda hazırkı gərgin vəziyyətin yaranması fonunda sülhməramlıların oradan çıxarılması arqumentləri anlaşılmazdır.
Zaxarova həmçinin qeyd edib ki, ən yüksək səviyyədə Rusiya sülhməramlı kontingentinin yerləşdiyi zonada təhlükəsizliyin təmin edilməsinə verdiyi əsas töhfə dəfələrlə qeyd edilib və vəziyyətin normallaşdırılmasında onun fəaliyyət göstərməsi tələbi vurğulanıb.
Rusiya sülhməramlıları Qarabağa 2022-ci ilin noyabrında Azərbaycan,Ermənistan və Rusiya arasında olan üçtərəfli bəyanatdan sonra yerləşdirilib. 2 min heyətlə missiyasını yerinə yetirən sülhməramlıların faəliyyəti bəyanata görə 2025-ci ildə bitir. Sülhməramlıların yerləşdirdiyi Qarabağ ərazisində dəfələrdə Ermənistanla Azərbaycan arasında gərgin vəziyyət yaranıb. Sərhəd bölgəsində atəşkəs rejimi mütəmadi olaraq pozulub.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !