Moskvada Azərbaycan vətəndaşını qətlə yetirməkdə şübhəli bilinən 3 nəfər tələbə saxlanılıb.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, saxlanılan şəxslər “Restrukt” millətçi hərəkatın üzvləridir.
İstintaqın versiyasına əsasən, tələbələr 2014-cü ilin oyunun 2-də Azərbaycan vətəndaşı Zaur Alışova bədən xəsarətləri yetiriblər. Nəticədə bir müddətdən sonra Z.Alışov xəstəxanada ölüb.
Saxlanılan şəxsləri 15 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, “Restrukt” hərəkatı nasizmi təbliğ edir. Onun liderlərindən biri olan Maksim Martsinkeviç milli ədavətin qızışdırılmasına görə həbs olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !