Moskvanın cənub-şərqində hücum zamanı bir nəfər ölüb, bir nəfər yaralanıb. Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, hadisə bu gün Tixotestskom bulvarında baş verib. Naməlum şəxslər iki xarici maşınla iki kişinin olduğu avtomobili mühasirəyəlaraaq atəş açıblar. Xəsarət alanlardan biri hadisə yerindəcə keçinin, digəri xəstəxanaya yerləşdirilib. Məlumatda ölənin və yaralanın hər ikisinin Azərbaycan vətəndaşları olduğu bildirilir. Hüquq-mühafizə orqanlarındakı mənbənin bildirdiyinə görə, hücuma məruz qalanlar “Moskva” ticarət kompleksində işləyən hansısa kommersant üçün pul daşınması ilə məşğul olurmuşlar.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !