Moskvada inkassatorlara atəş açıldı: 1 ölü, 1 yaralı

10:13 | 30.12.2013
Moskvada inkassatorlara atəş açıldı: 1 ölü, 1 yaralı

Moskvada inkassatorlara atəş açıldı: 1 ölü, 1 yaralı

Moskva vilayətinin cənub-şərqində “MEQA-Ağ bağ evi” ticarət mərkəzinin önündə naməlum şəxslər inkassatorlara atəş açaraq pul çantasını oğurlayıblar.

Anspress-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu informasiyanı Rusiya Daxili İşlər Nazirliyinin şəhər idarəsinin mətbuat xidməti yayıb. Hadisə nəticəsində inkassatorlardan biri güllə yarasından ölüb, ikincisi isə ağır şəkildə xəstəxanaya aparılıb.

Qeyd edək ki, inkassatorlara güllə atan və pul çantasını oğurlayan naməlum şəxslər hadisə yerindən qaçıblar.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM