Rusiyada 1910-cu ildən bəri ən yüksək temperatur bu gün qeydə alınıb.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə “Fobos” Hava Mərkəzindən bildirilib.
Qeyd olunub ki, 103 il əvvəl Moskva regionunda 3,1 dərəcə isti qeydə alınıb: “Bu gün isə havanın temperaturu 3,5 dərəcəyə yüksəlib”.
Sinoptiklər sabah bu rekordun yenilənəcəyini istisna etməyiblər.
APA
Bizi sosial şəbəkələrdə izləyin !