"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/8 finalında bu gün baş tutacaq "Mançester Siti" - "Barselona" matçı barədə fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, Britaniya televiziya kanallarından birinə danışan portuqaliyalı mütəxəssis deyib ki, Kataloniya klubu əvvəlki kimi güclü deyil.
Onun fikrincə, "Mançester Siti" "Barselona"nı mübarizədən kənarlaşdıra bilər: "Hər iki klubun tarixinə baxsaq, favorit "Barselona"dır. Amma bu mövsümkü "Barsa" ötən illərdən çox fərqlidir. Onlar hazırda klub tarixinin ən pis dönəmini yaşayırlar. Kataloniya təmsilçisinin Messi kimi futbolçusu olsa belə, "Mançester Siti" onları məğlub edə bilər".
Qol.az
Bizi sosial şəbəkələrdə izləyin !