ÇL-ın 1/8 final mərhələsində səfərdə "Qalatasaray"la qarşılaşan "Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo oyun haqda fikirlərini bildirib.Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, portuqaliyalı mütəxəssis 1:1 hesablı nəticədən razı qalmadığını bildirib:"Nəticə məni razı sala bilməz, hesab ədalətli olmadı. İlk hissədə çox yaxşı oynadıq. İkinci qolu vurmalı idik. Şanslarımız oldu, ancaq dəyərləndirə bilmədik. İkinci hissədə rəqib çox istəkli idi. Buna görə də layiq olduqları qolu vurdular. Müdafiyəyəmeyilli oynadıq. Bu səbəbdən Sneyder və Droqba üçün çətin oldu. Şansları bərabər görürəm. Ancaq itirən tərəf "Qalatasaray"dır. Çünki 1:1 hesablı nəticə bizə sərf edir". Mourinyo türkiyəli azarkeşlərə heyran olduğunu da gizlətməyib: "Türk azarkeşləri sevirəm. Cavab oyununda onların sayı 4-5 min olacaq. Bizim azarkeşlər onlar qədər yaxşı olmasalar da, oyunumuza dəstək verəcəklər".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !