"Çelsi" klubunun baş məşqçisi Joze Mourinyo "Qalatasaray" klubunun azarkeşlərini tərifləyib. ANS PRESS-in məlumatına görə, portuqaliyalı baş məşqçi Londonda baş tutacaq Çempionlar Liqasının cavab oyununda İstanbuldakı atmosferə bənzər abu-havanın yaranmasına ümid etdiyini bildirib. "Əgər "Stemford Bric"də azarkeşlər bizim komandaya türklər öz komandalarına dəstək verdikləri kimi 10-ca faiz azarkeşlik etsələr yaxşı olar". Mourinyo "Qalatasaray"a dəstəyin 10 faizini ingilis azarkeşlərindən istəyib: "Mən sizdən çox şey istəmirəm. Biz isə nə qədər çətin olsa da növbəti mərhələyə çıxmağa çalışacağıq". Xatırladaq ki, İstanbulda baçş tutan ilk qarşılaşmada "Qalatasaray" "Çelsi" ilə 1:1 bərabərə qalmışdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !